"Ağ Ev Rusiyanın Transqafqazdakı təsirini və maraqlarını tanıyır".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib. O, eyni zamanda bildirib ki, Amerika prezidentinin administrasiyasında indi Moskva Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanmasında “əsas arbitr” hesab edilmir.
Donfrid əlavə edib ki, Vaşinqton Bakı ilə İrəvan arasında münaqişənin həllində bir çox tərəflərin iştirakını görür.
Düşünürəm ki, ötən il və ondan sonrakı hadisələrə nəzər salsanız, ABŞ-ın bu prosesdə iştirakının genişlənməsini görə bilərsiniz” , - Dövlət Departamentinin nümayəndəsi bildirib.
O qeyd edib ki, həm Bakı, həm də İrəvan Vaşinqtondan iştirak etməyi xahiş ediblər.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların keçirilə biləcəyini istisna etməyib . Görüş MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tuta bilər.
Gültəkin Ələsgər