İsrail ordusu Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə hava hücumu və onun üç üzvünün öldürülməsinin məsuliyyətini öz üzərinə götürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Kokhavi açıqlayıb.
O, ötən ay Suriya və İraq sərhədində İslam Respublikasının yük maşınlarından ibarət karvanda yük maşınına edilən hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.
Məlumata görə, israilli qırıcılar qabaqcıl texnologiyalardan istifadə edərək yalnız SEPAH-a məxsus yük maşını hədəfə ala biliblər.
Ağarza Elçinoğlu