Ağdaşda 17 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.
"Unikal" xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu kanalda çimərkən batıb.
Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Qeyd edək ki, Dəniz Süleymanlı idmanın alqaput növü üzrə Azərbaycan çempionu olub.
***18:22
Ağdaşda 17 yaşlı gənc kanalda batıb.
"Unikal"ın məlumatlna görə, hadisə Yuxarı Şirvan kanalının rayonun Qoşaqovaq kəndi istiqamərindən keçən hissəsində baş verib.
2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlu çimdiyi zaman batıb. Batan şəxsin axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış Qrupu cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov