Türkiyənin hava limanında gənc qadın təyyarəyə minərkən nərdivandan yıxılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, digər sərnişinlərin gözü qarşısında yerə çırpılaraq hadisə yerində ölüb. 

32 yaşlı Beyza Taşkıranın Antalyada bir İT şirkətində marketinq meneceri işlədiyi bildirilir. Hadisə baş verən zaman qadın turizm sərgisində iştirak etdiyi İzmirdən evə qayıtmaq üçün təyyarəyə minib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin 15 metr hündürlükdən yıxılıb. O da məlum olub ki, yıxılmamışdan əvvəl Taşkıran kiminləsə telefonla danışır, həmsöhbətlər ucadan mübahisə edirdilər.

Hazırda polis mərhumun ölməzdən əvvəl kiminlə danışdığını müəyyən etmək üçün onun telefon qeydlərinə baxır. İstintaq çərçivəsində onun sonuncu həmsöhbəti dindirilməyə çağırılacaq.

Gültəkin