Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyada iştirak etməsi təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov çıxış edib.
"Düşünürəm ki, deputatların bu aksiyaya qoşulması onun əlamətdarlığını artırar və dünyaya mesajını daha doğru şəkildə verilməsinə dəstək olar", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev