Gəncədə təmizləyici vasitəni içən 37 yaşlı şəhər sakini dünyasını dəyişib.
"Unikal"ın məlumata görə, Natiq Məmmədov bu gün yerləşdirildiyi xəstəxanada həkimlərin müdaxilələrinə baxmayaraq həyatını itirb.
***12:40
Gəncədə 37 yaşlı kişi zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda yerləşən binaların birində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 37 yaşlı kişi “Net" təmizləyici vasitəsini içib. N.Məmmədovun hansı səbəbdən özünü zəhərləməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov