İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən tankeri ələ keçirib və 12 nəfəri saxlayıb.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 330 min litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan tankeri ələ keçirib.
Hələlik məsələnin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.
Seymur Əli