Ermənistan sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı itkilərinin sayını açıqlayıb.
"Unikal" xəbər verir ki, Ermənistanın sentyabr təcavüzü zamanı düşmən tərəfi 224 nəfər itki verib.
İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib ki, hazırda ölən 224 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, şəxsiyyətin müəyyən edilməsi prosesi başa çatıb.
Oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş nazir Nikol Paşinyan sentyabr döyüşlərində ölənlərin sayının 210-dan çox olduğunu, yaralananların sayının 300-ü keçdiyini və itkin düşən hərbçilərin sayının 28 nəfər olduğunu bildirmişdi.
Noyabrın 29-na olan məlumata görə, Azərbaycan 156 meyiti Ermənistana qaytarıb.
Gültəkin Ələsgər