Şirvanda Kür çayından qadın meyiti tapılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.
Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.