ABŞ - dan sonra Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya , Fransa və Almaniyaya səfər edə bilər .
"Unikal" xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
ABŞ prezidenti Co Bayden Zelenski Ağ Evdə görüşəcək, bundan sonra birgə mətbuat konfransı keçirəcəklər. Spiker Nensi Pelosinin ofisi bildirib ki, Zelenski daha sonra Konqresin birgə iclasında çıxış edəcək.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a gəldiyi barədə məlumat yayılmışdı , bu barədə NBC jurnalisti Peter Alexander Twitter-də yazıb. Adı açıqlanmayan ukraynalı rəsmi onun gəlişi ilə bağlı məlumatı təsdiqləyib.
Jurnalistin nəşri bildirir ki, dövlət başçısının təyyarəsi “ABŞ-a enib”.
Məlumatı Associated Press agentliyi təsdiqləyib, Volodimir Zelenskinin olduğu təyyarənin Vaşinqton yaxınlığındakı aviabazaya eniş etdiyini yazıb .Ukrayna lideri Vaşinqtona ABŞ hərbi təyyarəsi ilə gəlib. ABŞ paytaxtında o, həmkarı Co Baydenlə görüşməyi planlaşdırır.