Estoniya Rusiyanın silahlı təcavüzünə qarşı müdafiədə Ukraynanı dəstəkləməyə davam edir.
"Unikal" xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Tallinndə keçirdiyi mətbuat konfransında deyib.
Ölkə Ukrayna Silahlı Qüvvələrinə Kiyevin tələb etdiyi texnika ilə yeni hərbi yardım paketini təsdiqləyib: "Biz Ukraynanı dəstəkləməyə davam edirik və bu gün biz Ukrayna hərbçiləri üçün yeni yardım paketi haqqında qərar qəbul etdik. Paketə, əsasən, şəxsi avadanlıqlar aiddir, çünki ukraynalılar bizdən xüsusi olaraq bunu istədilər".
Pevkurun sözlərinə görə, Estoniya Ukraynaya qış çöl geyimləri, fərdi mühafizə vasitələri və pilotsuz təyyarələr göndərəcək. Yeni hərbi yardımın ümumi dəyəri açıqlanmayıb.
Ağarza Elçinoğlu