Ukrayna prezidentinin komandası hazırda Ukraynanın sülh sazişi planı üzərində işləyir və öz ideyalarını Rusiyanın işğalının ildönümündə təqdim etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Wall Street Journal" Avropa və Ukrayna diplomatik mənbələrinə istinadən məlumat dərc edib.
Nəşrin yazdığına görə, Zelenskinin planı 10 bənddən ibarətdir, lakin onların məzmunu açıqlanmır.
Eyni zamanda qəzet qeyd edir ki, Kiyev və Moskva üçün prioritet hərbi əməliyyatlar olaraq qalır.
Ağarza Elçinoğlu