Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan tərəfinin üçtərəfli görüşdən imtina etməsindən təəssüfləndiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə XİN rəhbəri Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O qeyd edib ki, İrəvan son anda tədbirdə iştirak etməmək qərarına gəlib: "Bu gün üçün biz sülh müqaviləsinin müzakirəsini davam etdirmək üçün ərazimizdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda erməni həmkarlarımız bunu yerlərdəki vəziyyətlə izah edərək Moskvaya gəlməkdən imtina etdilər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi".
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü dekabrın 23-də Moskvada keçirilməli idi, lakin erməni tərəfi görüşün təxirə salınmasını xahiş etmişdi.
Ağarza Elçinoğlu