Parisdə atışmada ölənlərin sayı 3-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransa paytaxtının prokuroru Laura Bekko məlumat verib.

“Parisdə atışma zamanı üç nəfər həlak olub, daha iki nəfərin vəziyyəti ağır, daha iki nəfərin vəziyyəti orta ağırdır”, o, bildirib.

16:08

Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs Colt 45 tipli tapançadan atəş açıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb,  dörd nəfər isə yaralanıb. 

***15:41

Fransanın paytaxı Parisdə atışma baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atəş açan şəxs polis tərəfindən həbs edilib. 

Polis sözçüsü agentliyə müsahibəsində bir nəfərin həbs olunduğunu təsdiqləyib. Sakinlərə hadisə baş verən 10-cu məhəllədə müvəqqəti olaraq ərazidən uzaq durmaq tövsiyə olunub.

Ağarza Elçinoğlu