Rusiya sülhməramlıları Laçın dəhlizindəki vəziyyəti həll etmək üçün gecə-gündüz işləyir və bütün tərəflərlə əlaqə saxlayır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında sabit, ədalətli sülhün bərqərar olmasında və insidentlərin qarşısının alınmasında maraqlıdır.
Ağarza Elçinoğlu