Gürcüstanın ən böyük banklarından biri "Bank of Georgia" heç bir izahat vermədən rusların və belarusların hesablarını kütləvi şəkildə bağlayır.
"Unikal" xəbər verir ki, bu barədə "Sota" Telegram kanalı məlumat yayıb.
"Hesabların bağlanmasının səbəbləri naməlum olaraq qalır. Həmçinin, Gürcüstanın ikinci ən böyük bankı olan TBC-də hesabların bağlanması ilə bağlı ayrı-ayrı xəbərlər daxil olub”, - məlumatda deyilir.