"Nazirlər səviyyəsində 3+3 formatında görüş hazırlanır".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.
“Daha bir mövzu Cənubi Qafqazla bağlı məsələlərdir. Vaxtilə, təxminən iki il əvvəl Azərbaycan Prezidenti Cənubi Qafqazın üç ölkəsi və onların qonşuları - Rusiya Federasiyası, Türkiyə və İranın iştirak edəcəyi prosesin formalaşdırılması təşəbbüsü ilə çıxış etdi. "3+3" adlanan qrup. Bu formatda görüş keçirildi, baxmayaraq ki, gürcü həmkarlar orada iştirak etmədilər, lakin onların üzünə qapı həmişə açıqdır. Bu formatın bütün digər iştirakçılarının ümumi fikri budur. Bu gün biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə bir əlaqənin məqsədəuyğunluğu haqqında bir anlayış var. Biz belə bir görüşün keçirilə biləcəyi tarixləri və konkret yerləri razılaşdırırıq. Ümid edirəm ki, bu təşkilati məsələlərdə razılığa gəlmək çox vaxt aparmayacaq”, - deyə o, görüşün “çox faydalı” olduğunu bildirib.
“Bizim ümumi anlaşmamız var erməni həmkarımızın iştirakı ilə üçtərəfli əlaqəni gündəmdən çıxarmırıq. Biz Moskvada dostlarımızı qəbul etməyə hazır olduğumuzu təsdiq etdik. Sülh müqaviləsinin mövzusu daimi diqqət tələb edir və biz danışıqlar prosesinin irəliləməsinə nə qədər tez-tez kömək etsək, hazırda narahatlığa səbəb olan məsələlər bir o qədər tez həll olunacaq”.
Gültəkin Ələsgər