İranda turistik mərkəz hökumət tərəfindən bağlandı.
"Unikal" xəbər verir ki, 700 nəfərlik "Mehr və Mahe- Qom" turizm kompleksi hicabsız qadınlara da xidmət göstərdiyinə görə qapadılıb.
Qum-Tehran magistralının 6-cı kilometrliyində yerləşən "Mehr və Mah" böyük rifah turizm kompleksinin qapıları hicabsızlara xidmət göstərdiyi və xəbərdarlıqlara əhəmiyyət verilmədiyi üçün möhürlənib.