Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya yola düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks” “Pul Pervoqo” teleqram kanalına istinadən məlumat yayıb.
Lukaşenko Moskvaya uçub. Bu gün Belarus prezidentinin Moskva ətrafındakı Ulduzlar şəhərciyində olması gözlənilir. Lukaşenko kosmonavtların təlim mərkəzinə baş çəkəcək”, - məlumatda deyilir.
Dekabrın 26-27-də Belarus prezidenti Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.