Qazax rayonunda ev yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kəndində 2 ailəyə məxsus ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.