"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.
"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib bildirib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.