Misirin paytaxtı Qahirənin yaxınlığındakı Həsən Mustafa İdman Kompleksinin tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, həmin vaxt idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu keçirilirdi.
Oyun fövqəladə vəziyyətə görə yarımçıq qalıb.
Metal konstruksiyasının çökməsinə səbəb kimi azarkeşlərin hərəkətləri göstərilir.