İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Qəbələ rayon sakinləri, 2001-ci il təvəllüdlü İsmayılova Aytac Tərlan qızı, 1976-cı il təvəllüdlü İsmayılova Aminə Yaşar qızı, Bakı sakinləri, 1969-cu il təvəllüdlü İsmayılov Qabil Fəxrəddin oğlu, 1988-ci il təvəllüdlü Hacıyev Səməndər Fərhad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı sakini, 2002-ci il təvəllüdlü Nağıyev Nurlan Anar oğlu dünyasını dəyişib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov