İranın paytaxtı Tehranda 2 mərtəbəli bina uçub

"Unikal"
xəbər verir ki, bu barədə Tehran Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik İdarəsinin sözçüsü deyib:
Bu gün, dekabrın 25-də Mellət küçəsində binanın uçması hadisəsi ilə bağlı iki yanğınsöndürmə maşını hadisə yerinə göndərilib.

Sökülmək üzrə olan iki mərtəbəli binada fəhlələr işləyirdi ki, bu bina qəfil uçub və binada işləyən üç fəhlə torpağın altında qalıb.