Baxmut istiqamətində Rusiya ordusu son gündə 50 hərbçi itirib, 80 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı deyib.

Hərbi Dəniz Qüvvələri gün ərzində 30-dan çox rusiyalı hərbçini zərərsizləşdirib, bir tankı məhv edib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir.