"Qərb ölkələri yalnız təxribat elementlərini gücləndirib, lakin Ukrayna böhranında vasitəçi olmağa çalışmayıblar" .
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Vasitəçilik mərhələsində biz Türkiyə olaraq 2022-ci ildə Qara dəniz taxıl dəhlizi ilə bağlı bu rolu öz öhdəmizə götürdük”, - Ərdoğan qeyd edib.
Türkiyə liderinin sözlərinə görə, taxıl müqaviləsinin məqsədi ehtiyacı olan ölkələri ərzaqla təmin etmək olub və onun fəaliyyəti dövründə Avropa 44%, Türkiyə 16%, Afrika ölkələri isə 14% taxıl alıb.
Ərdoğan həmçinin qeyd edib ki, hazırda Rusiya gübrələrinin dünya bazarlarına çıxarılması çətin məsələdir, lakin Türkiyə tərəfi bu məsələdə Rusiya ilə birgə addımlar atmağa ümid edir .
Daha əvvəl bildirilmişdi ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 26-da ölkənin Nazirlər Kabineti ilə Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edəcək .
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 26-da qaz məsələsi ilə bağlı türk xalqına “şad və maraqlı xəbər” verəcəyini bildirmişdi.