Ermənistanın baş naziri Nikol Paşinyan xanımı Anna Akopyan və qızı ilə Rusiya Federasiyasına işgüzar səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin aparatının mətbuat xidməti məlumat yayıb.

Paşinyanı Sankt-Peterburqun Pulkovo beynəlxalq hava limanında Leninqrad qubernatoru Aleksandr Drozdenko qarşılayıb.

Qeyd edək ki, o, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak edəcək.

Ağarza Elçinoğlu 

xxx

09:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.