Rusiya Azərbaycana tədarük etdiyi qazın həcmini artıracaq.
"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak TASS agentliyinə müsahibəsində deyib.
"Azərbaycanla tədarükümüzün artırılması ilə bağlı razılaşma var. Gələcəkdə onlar qaz hasilatının həcmini artırdıqda, biz svop tədarükü imkanlarını da müzakirə edə bilərik", - Novak bildirib.
Qeyd edək ki, "Qazprom" şirkəti noyabrın 15-dən yeni müqavilə əsasında Azərbaycana qaz nəqlinə başlayıb. Həmin sənədə əsasən, 2023-cü ilin martına qədər Rusiya Azərbaycana bir milyard kubmetrə yaxın qaz tədarük edəcək.
Ağarza Elçinoğlu