"Çəkinmədən deyərdim ki, bu gün azərbaycanlıların, eləcə də Dünya Azərbaycanlılarının Prezident İlham Əliyevə kəskin ehtiyacı var. Bunu heç kim unutmasın. Bizim qarşımızda böyük vəzifələr var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, böyük Azərbaycanın qurtuluşu məhz Qarabağdan başlayır:
"Şükür ki, bu prosesi gözümüzlə görürük. Ölkənin içərisində böyük vəzifələrimiz var. İnhisarçılara qarşı mübarizəni kim bacara bilər? İri korrupsionerləri, xaricdən olan düşmənlərin təsirlərini kim neytrallaşdıra bilər? Siyasət həvəs deyil. Siz bunu başa düşün. Qərb və ABŞ İraq, Suriya, Liviyada insan hüquqları, demokratiya ilə çıxış etmədilərmi? Biz orada demokratiya və insan hüquqlarını gördükmü? Başa düşmək lazımdır. Son 200 ildə ilk dəfədir ki, torpaq qaytardıq. Bunu davam etdirmək lazımdır. Əziz qardaşlar, əziz müxalifətçilər, eybi yox, məni söyün. Bir daha deyirəm ki, ayılın. Azərbaycanın taleyi var. Düşmən zəif deyil. Xankəndi üzərində nəzarət qurmalıyıq. Hələ Azərbaycanın suverenliyini tamamlamamışıq. Bunun üçün bütün Dünya Azərbaycanlılarını İlham Əliyev ətrafında birləşməyə çağırıram".
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, Azərbaycan suveren ölkədir, suverenliyi var.
Anar Kəlbiyev