"Bəzən dövlət qulluqçularının etik davranışı xoş təsir bağışlamır. Müraciət edirsən, hiss edirsən ki, səni başından edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət qulluqçuları bəzi qurumlardan nümunə götürməlidir. Daxili İşlər Nazirliyinə müraciət edirsən, nazir özü şəxsən cavab verir. Bu, elə Ramil Usubovun dövründən belə olub".
Deputat xahiş edib ki, bəzi dövlət qulluqçuları etik davranışlarına diqqət yetirsinlər: "Biz deyirik, başdan edirlər. Əməllərində düzəliş etmirlər".
Anar Kəlbiyev