"Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün pensiyaçıları onların övladları dolandırır. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona artıq vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”.
Anar Kəlbiyev