Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyan və İlham Əliyevlə birgə danışmağa nail olduğunu açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşündə bildirib.
“Söhbətimizə dünən başladıq, üçümüz danışa bildik. Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”, - deyə Putin bildirib.
Xatırladaq ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.
Gülayə Mecid