"Azərbaycan dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan etnik ermənilərin, oraya aid olan insanların Azərbaycanda yaşamaq hüququ var".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan dövləti bu mövzuda dialoqun aparılmasına açıqdır və bu istiqamətdə bir sıra addımlar atıb. Sözügedən sahədə həssaslığı nəzərə alaraq, addım-addım irəliləmək lazımdır.
C.Bayramov Laçın dəhlizinə alternativ yolun çəkilməsini müsbət bir təcrübə adlandırıb: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Yaxud, Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Lakin ləkəli keçmişi olan şəxs bölgəyə göndərilir. Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır”.