"Bəzən ictimaiyyət nümayəndələri və ya mətbuat orqanlarında deputatdan elə şey tələb edirlər ki, bu heç onun səlahiyyətləri daxilində deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Misal olaraq, filan yerdə oğurluq var, dövlət malı mənimsənilir, deputat hara baxır? Başa düşürəm, deputat gördüklərini yazıb aidiyyəti qurumlara göndərir. Həmin qurumlar da bunu araşdırıb müvafiq ölçü götürür. Şayiələr əsasında qurulmuş məsələlərə qarışa bilmərik. Gələcəkdə Hesablama Palatasının funksiyasının genişləndirilməsi yaxşı olardı. Dövlət büdcəsindən oğurluq hallarının qarşısı alınmalıdır”, - deyə deputat bildirib.
Anar Kəlbiyev