Gəncədə döyülmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Krasniselo adlanan ərazisində baş verib. 2000-ci il təvəllüdlü Oktay Bağırov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, O.Bağırov bir neçə nəfər tərəfindən döyülüb. Hadisənin qız üstündə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov