Beyləqan rayonunun Tatalılar kəndində traktora qoşulan 3 ədəd qoşqunun yanar hissələri və qoşqulara yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.