Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.