Oğuzda iki minik avtomobili toqquşub, xəsarət alanlar var. 

"Unikal" xəbər verir ki,hadisə gönorta saatlarında Oğuz şəhər ərazisində baş verib. Hərəkətdə olan “VAZ-2107” markalı və  “Kia” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-2107" markalı avtomobilin sürücüsü 1973-cü il təvəllüdlü Sadiq Knyaz oğlu Azaxov və onun sərnişini 1975-ci il təvəllüdlü rayonun Top kənd sakini Mübariz Gülməmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli