"Ərəb Respublikası regional münaqişələrdə də iştirak edib və öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün bütün mümkün səyləri sərf etməyə hazırdır".
"Unikal" xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ermənistanda rəsmi səfəri zamanı sözügedən ölkənin prezidenti Vaaqn Xaçaturyanla görüşdə deyib.
“Misir müxtəlif regional problemlərin və münaqişələrin şahidi olmaqda davam edir və çox mühüm faktı qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən başlayaraq Misir sülh yolu ilə getmiş və bu yolda bir sıra maneələrlə üzləşmişdir.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bizim neytral mövqeymiz var və bu mənada bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu öz üzərinə götürməyimizi istəyirsinizsə, o zaman biz hazırıq” - deyə Sisi bildirib.
Rəsmi səfər çərçivəsində Əbdülfəttah Əl-Sisi baş nazir Nikol Paşinyanla da görüşəcək.
Misir prezidenti Ermənistanda iki günlük səfərdədir, o, dünən Azərbaycanda səfərdə olub.