Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü keçib.

"Unikal" xəbər verir ki,  hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

***09:31

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Suriyanın müxtəlif bölgələrində ən azı 1356 nəfər həyatını itirib, 3419-dan çox insan isə yaralanıb.

"Unikal" xəbər verir ki, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində də güclü hiss olunub.

Zəlzələ nəticəsində bu vilayətlərdə böyük dağıntılar baş verib.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib. Axtarış-xilasetmə işləri davam edir.

***21:53

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin  sayı 960 nəfəri keçib.

"Unikal" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinə istinadən “Asharq Al-Awsat ” telekanalı məlumat yayıb.

Daha 2400 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl Suriyada zəlzələ qurbanlarının sayının 538 nəfərə çatdığı bildirilirdi.

Bundan əvvəl İsrailin "Haaretz" qəzeti mənbələrə istinadən yazıb ki, İsrail Rusiyanın tələbi ilə görünməmiş addım atıb - iki ölkə arasında düşmənçilik münasibətlərinə baxmayaraq, zəlzələdən sonra Suriyaya yardım edib.

15:59

Suriyanın müxtəlif bölgələrində  baş verən zəlzələdə ən azı 574 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.

"Unikal" xəbər verir ki, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

***10:29

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

***09:27

Kahramanmaraşın Pazarcık rayonunda saat  baş verən 7,4 bal gücündə zəlzələ Misir, Livan, Suriya və İraqda da güclü hiss olunub.

"Unikal" xəbər verir ki,  Suriya Dövlət Xəbər Agentliyi SANA- nın  məlumatına görə, zəlzələ nəticəsində ölkənin Hələb, Həma və Latakiya şəhərlərində çoxlu dağıntılar meydana gəlib.

Suriyadakı ilk təsbitlərə görə zəlzələdə ən azı 100 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.

Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük təşviş yaradıb.  Livanda baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.

İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələdə  insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.

Gülayə  Mecid