Ukraynaya qarşı müharibədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 14-cü ayrı-ayrı xüsusi təyinatlı briqadasına komandirlik edən rusiyalı polkovnik Sergey Polyakov öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib.
Polyakovun döyüş tapşırığını yerinə yetirərkən məhv edildiyi deyilir.
Qeyd edək ki, 14-cü xüsusi təyinatlı briqada Xabarovsk vilayətində yerləşir. Onlar rus ordusunda xüsusi elit qüvvələr hesab edilir, Baş Kəşfiyyat İdarəsinə tabedir.
Ağarza Elçinoğlu