BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti zəlzələlərin baş verdiyi Türkiyə və Suriyaya yardım etməyə çağırıb.
"Unikal" xəbər verir ki, fevralın 6-da Türkiyənin 7 vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kahramanmaraş vilayətinin Pazarcık bölgəsi olub. Daha sonra media ölkənin mərkəzi və şərq rayonlarında daha bir neçə zəlzələnin baş verdiyini xəbər verib. CNN Türk-ün məlumatına görə, ümumilikdə 105 yeraltı təkan olub.
Son məlumatlara görə, 1498 nəfər həlak olub , 2834 bina dağılıb.
Zəlzələ Suriya, İraq və Liviyada da baş verib . Sana xəbər agentliyinin məlumatına görə, Suriyada 430 nəfər ölüb, 1315 nəfər yaralanıb.