Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenskini qurumun sammitinə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə Mişelin sözçüsü Barend Leyts bildirib.
"Prezident Mişel Ukrayna Prezidenti Zelenskini Avropa İttifaqı Şurasının gələcək sammitində şəxsən iştirak etməyə dəvət edib. Təhlükəsizlik səbəbi ilə əlavə məlumat verilməyəcək", - deyə Leyts qeyd edib.