İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı çoxtərəfli görüşdə iştirak etmək üçün Moskvaya gedib.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Əfqanıstan məsələlərinə dair Moskva görüşü 8 fevral tarixində baş tutacaq.
Görüşdə Rusiya, İran, Çin, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrinin Təhlükəsizlik Şurasının katibləri və ya nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Şamxaninin Moskvada, xüsusilə rusiyalı həmkarı Nikolay Patruşevlə ikitərəfli görüşləri də olacaq.
Ağarza Elçinoğlu