Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kahramanmaraşın Pazarcık rayonunda baş verən və Suriya ilə yanaşı 10 əyaləti də əhatə edən zəlzələ ilə bağlı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, ÜST Türkiyə və Suriyada baş verən və minlərlə insanın ölümünə səbəb olan zəlzələdən 23 milyon insanın zərər çəkəcəyini açıqlayıb.
"Baş verənlərin ümumi xəritələri göstərir ki, 23 milyon insan, o cümlədən 5 milyon həssas əhali də daxil olmaqla, təsirlənmiş ola bilər" , - ÜST-nin fövqəladə hallar üzrə yüksək rütbəli zabiti Adelheid Marşanq agentliyin icraçı komitəsinə bildirib.