Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ böyük dağıntılara və can itkisinə səbəb olub.
"Unikal" xəbər verir ki, minlərlə insan sağıntılar altında qalıb. Belə ki, zəlzələ nəticəsində yerlə-yeksan olan yaşayış binasının altından ahıl kişi sağ çıxarılıb. Xilasedicilər qocanın ayaqyalın olduğunu görərək, ona yardım ediblər.
Belə ki, xilasedicilərdən biri öz çəkmələrini çıxardaraq, qocaya verib. Bu zaman ahıl kişi "Sən nə edəcəksən? Soyuqdur", deyib. Xilasedici isə "Bizi düşünmə. Biz hər şeyi geyinmişik", - deyə cavab verib.
Onlar arasındakı bu dialoq maraqla qarşılanıb. Qısa zamanda sosial mediada yayılan video ürəkləri dağlayıb.
Gülayə Mecid