Karamanmaraşın Elbistan rayonunda baş verən zəlzələdə dağılan binanın altında qalan hakim cütlüyün cəsədləri tapılıb.
"Unikal" xəbər verir ki, xilasetmə qrupları Şeyda və Bayram Qorxmazların meyitlərini ailələrinə təhvil veriblər.
Həmçinin, hakim Şeyda Bayramın 2 aylıq hamilə olduğu öyrənilib. Bildirilir ki, Bayram Qorxmaz Elbistanda, həyat yoldaşı Şeyda Qorxmaz isə məmləkəti Ermenekdə torpağa tapşırılacaq.