Yaponiyanın cənub-qərbində Kyuşu adasındakı Sakurajima vulkanı püskürüb.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Kaqosima prefekturasında baş verən təbiət hadisəsindən sonra ərazidə beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi elan edilib. Bununla belə, meteoroloqlar vulkanik aktivliyin davam etməsi təhlükəsi barədə xəbərdarlıq edirlər.
Sakurajima Yaponiyanın ən aktiv vulkanlarından biridir. Dağın hündürlüyü təqribən 1100 metrdir.
Ağarza Elçinoğlu