Türkiyə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələrinin 24 saatlıq gözləmə müddətindən sonra dəfn ediləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, cəsədlər DNT, barmaq izi nümunələri alındıqdan və fotoşəkilləri çəkildikdən sonra dini öhdəliklərə uyğun dəfn ediləcəyini bildirilib.
Bununla yanaşı, zəlzələlərin dağıdıcı təsiri nəticəsində həyatını itirənlərin qısa zamanda kimliyi müəyyən edilərək cənazələrinin ən qısa zamanda yaxınlarına təslim edilməsi, Türkiyə Ədliyyə Nazirliyinə tapşırılıb.