Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bildirilir ki, yeni hərbi yardım paketinə iki "Gepard" özüyeriyən zenit silahları və bu silahlar üçün 500 mərmi daxildir.
Bundan başqa, Ukraynaya sərhədçilər üçün 5 avtomobil, 29 elektrik generatoru, 6 yük maşını, 6 mobil antena sistemi, 10 konteyner göndəriləcək.